25 avqust 2023
152

Tramp həbsxanaya salındı və həbsi zamanı şəkli çəkilən ilk dövlət başçısı oldu (FOTO)


   ABŞ-ın keçmiş prezidenti Donald Tramp Atlantaya uçub və seçkilərə müdaxilə ilə bağlı cinayət işi üzrə Fulton qraflığının həbsxanasında saxlanılıb. Orada siyasətçi həbsxana siyahılarında qeydə alınıb, şəkli çəkilib və çəkisi ölçülüb.
 Trampın çəkisi 97,5 kq, boyu 190,5 sm olub. O, ABŞ tarixində həbsi zamanı şəkli çəkilən ilk dövlət başçısı olub.

Tezliklə keçmiş Amerika lideri 200 min dollar girov müqabilində azadlığa buraxılıb, – CNN xəbər verir. Trampın həbsxanada cəmi 20 dəqiqə qaldığı, bundan sonra kortejinin Atlantadakı Hartsfield-Jackson Beynəlxalq Hava Limanına yola düşdüyü bildirilir.


Bundan əvvəl ABŞ-ın keçmiş lideri artıq “saxta, oğurlanmış seçkiyə meydan oxuduğuna görə” həbs olunmağa hazır olduğunu bəyan edib.