24 avqust 2023
86

“Rəqibdə bəzən sistem dəyişir”

reqibde-bezen-sistem-deyisir

      ““Olimpiya” ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu                        günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu                                 aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün                                                            əllərindən gələni edəcəklər”.

Yenimeydan.info   xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyada keçiriləcək “Olimpiya” ilə oyundan əvvəl mətbuat konfransında deyib.

“Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”