18 avqust 2023
222

Qurbanov yeni qapıçıdan danışdı:”Bu o demək deyil ki…” – FOTO


  “Bayer”dən (Almaniya) ayrılan və hazırda adı “Qarabağ”la hallanan qapıçı Andrey Lunyevin Ağdam təmsilçisinə keçidi təsdiqlənib.
Yenimeydan.info  Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 32 yaşlı qolkiperin bu gün Bakıya gəlişini gözlədiklərini açıqlayıb:
“Onunla bir müddət əvvəl idi danışıq aparırdıq. Artıq razılığa gəlmişik. Amma bu transfer o demək deyil ki, bizim digər qapıçılarımıza inamsızlıq var”.
Lunyev sabah Bakıda tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçir.Qeyd edək ki, Lunyov karyerası ərzində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn Ramenskoye”, “Ufa”, “Zenit” komandalarında da oynayıb. O, son klubu “Bayer”də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb. Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.