18 avqust 2023
92

TÜRKİYƏNİN LİVİYA LİMANINI İCARƏYƏ GÖTÜRMƏSİ XƏBƏRİ YALANDIR



  Ankaradakı diplomatik mənbə Liviyada limanın icarəyə verilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Yenimeydan.info xəbər verir ki, Türkiyənin Liviyanın Əl-Xums limanını hərbi baza yaratmaq üçün icarəyə götürməsi ilə bağlı xəbərlər doğru deyil .Mənbənin sözlərinə görə, Liviya hökumətinin tələbi ilə 2019-cu ildə təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalanıb. Bununla bağlı Liviyada Türkiyənin 5 mərkəzdə hərbi təlim, əməkdaşlıq və məsləhət fəaliyyəti davam edir. 

Liviya Milli Birlik Hökumətinin rəsmi nümayəndəsi bundan əvvəl mətbuatda yayılan xəbərləri həqiqətə uyğun olmayan adlandırıb.