17 avqust 2023
191
Rusiyada kəskin devalvasiya: rublun ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Açıqlama
Xəbər verdiyimiz kimi, Rusiya rublu xarici valyutalar qarşısında dəyər itirməyə davam edir. Artıq 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır.
Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.
Rublun kəskin ucuzlaşması Azərbaycana necə təsir göstərəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamsında bildirib ki, Rusiya rublu get-gedə daha da dəyərdən düşəcək:
“Bunun qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 12 faizə qaldırılmasına qərar verilib. Ancaq bu, gözlənilən effekti vermir. Rublun getdikcə daha da ucuzlaşması ehtimalı var. 1 dollar bir müddət 100 rubl civarında sabitləşəcək. Bazar buna adaptasiya olmalıdır. Çünki ilin əvvəlindən rubl 30-35 faiz dəyər itirib. Bir müddətlik adaptasiyadan sonra rublun yenidən dəyərdən düşməsi prosesi davam edəcək. Çünki sanksiyalar artıq daha çox təsir etməyə başlayır. İdxal artır, ölkəyə xaricdən daha çox məhsullar idxal olunur. Bütün bunlar dollara, valyutaya olan ehtiyacı artıracaq. Nəticə etibarilə bir müddət sabitlik dönəmindən sonra yenidən rublun dəyərdən düşməsi prosesi gedə bilər”.
Rublun kəskin ucuzlaşmasının Azərbaycana necə təsir göstərməsinə gəlincə, N.Cəfərli qeyd edib ki, bu, Azərbaycana göndərilən vəsaitin kəskin azalmasına səbəb olacaq:
“Rusiyada yaşayan soydaşlarımız qazanclarını rublla əldə edirlər. Ancaq Azərbaycana, ailələrinə pulu dollar və ya avro ilə köçürürlər. Dollar və avro bahalaşdıqca onlar qazandıqları rublla daha az valyuta ala bilirlər”.
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, hazırda Rusiya iqtisadiyyatında çökür və bunun fonunda da rubl getdikcə ucuzlaşır: “Rusiyada baş verən bu proses inflyasiya yönümlü deyil. Çünki, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar və məhdudiyyətlər səbəbindən baş verir. Rusiya valyutasının ucuzlaşması digər ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir edəcək. Bu ölkəyə pomidor, qapız, yemiş və digər kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarımız rublla alış-veriş etdikləri üçün zərərə uğrayacaqlar. Rublun dəyərdən düşməsi davam etdikcə, bu zərərin miqyası daha da artacaq”.

Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Maaş az, qiymət baha: Qazancımız ancaq ərzaq və dərmana çatır – FAKT
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma