17 avqust 2023
154
Bakıda milyon yarımlıq DƏLƏDUZLUQ – TƏFƏRRÜAT
Bakıda ipoteka ilə mənzil almaq istəyənlərə qarşı dələduzluq edib.
Yenimeydan.info Lent.az-a istinadla xəbər verir ki, “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev, agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradov külli miqdarda dələduzluqda ittiham olunurlar. Onların barəsində Cinayət
Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb.
Əldə etdiyimiz məlumata görə, ittihama əsasən, adları çəkilən şəxslər Bakıda ipoteka ilə ev almaq istəyənlərə kömək edəcəklərini bildiriblər. Bu məqsədlə onlardan ümumilikdə 1 milyon 490 min 200 manat alıblar. Ancaq sonradan dəstə üzvləri dediklərinə əməl etməyiblər.
İş üzrə 33 zərərçəkmiş var.
Hazırda cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq aparılır. Məhkəmənin hazırlıq iclası avqustun 29-da hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat