12 avqust 2023
196
27 il İcra başçısı olan şəxs istintaqa ifadə verdi - SƏBƏB
Lənkəranın icra başçısı Taleh Qaraşov istintaq orqanının əməkdaşları tərəfindən dindirilib. İcra başçısı təxminən iki saat müstəntiqləri maraqlandıran suallara cavab verib.
Yenimeydan.info bildirir ki, bu barədə Yenisabah.az-a hüquq - mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Taleh Qaraşovun qardaşının qətli ilə bağlı dindirildiyi bildirilir.
Qeyd edək ki, Taleh Qaraşovun qardaş Azər Qaraşov iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Əvvəl mərhumun intihar etdiyi bildirilsə də, sonradan onun qətlə yetirildiyi məlum olub. Qanlı cinayət hadisəsi ilə bağlı Azər Qaraşovun oğlu Azay Qaraşov saxlanılıb.
O, atasını qətlə yetirməkdə ittiham olunur.
Oxşar Xəbərlər:
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Qardaşından tüfəngi almaq istəyəndə yenidən atəş açılıb...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI