03 avqust 2023
271

 2 manatlıq şirkətə 571 min manat... - BİZDƏ BELƏDİR...


2 manatlıq şirkətə 571 min manat...

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin "Abadlıq işlərinin satınalınması" ilə bağlı ekan etdiyi tender baa çatıb.

DİA.AZ bildirir ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "QARA QAYA" MMC olub. Tərəflər arasında 571.962,2 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, "QARA QAYA" MMC-nin nizamanmə kapitalı 2 AZN, qanuni təmsilçi Əliyarov Aydın Əliyar oğludur.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin isə rəisi İsmayılov Namizəd Ismayıl oğludur.