25 iyul 2023
174

UKRAYNA TANKLARI RUSİYA NEFTİ İLƏ İŞLƏYİR

  Ukrayna Rusiya nefti ilə işləyən Macarıstan və Türkiyədən dizel idxal edir.                                                 Yenimeydan.info UNİAN-a istinadən xəbər verir ki, Rusiyanın genişmiqyaslı işğalı fonunda Ukrayna tankları getdikcə işğalçı ölkənin ərazisindən gələn neftdən hazırlanan yanacaqla işləyir.
Bu, Ukraynanın neft emalı zavodlarında Rusiya neftindən istifadə edən Macarıstan və Türkiyədən daha çox dizel yanacağı idxal etməsi ilə bağlıdır.
Ukrayna gömrük orqanları idxalda nəzərəçarpacaq artım olduğunu bildiriblər. Macarıstanın MOL mineral neft qrupu son altı ayda Ukraynaya satışını iki dəfə artırıb.
Hesabatda deyilir ki, MOL Rusiya neftinin böyük hissəsini aldığı üçün Ukrayna hərbi maşını indi ilk növbədə onun hesabına yanacaq alır.
Eyni zamanda, Rusiyadan neft almayan şirkətlər Ukraynada bazar payını itirirlər, çünki MOL digər Avropa neft şirkətləri ilə müqayisədə rəqabət üstünlüyünə malikdir. Məsələ burasındadır ki, Macarıstan qrupunun öz neft emalı zavodlarını Rusiya nefti ilə təchiz etməyə davam etmək üçün Avropa İttifaqından xüsusi icazəsi var.