24 iyul 2023
135

"Nəqşicahan" Holdinqin istirahət və xizək mərkəzləri satılıb - FOTO

"Nəqşicahan" Holdinqin istirahət və xizək mərkəzləri satılıb
Naxçıvan MR Şahbuz rayonu Ağbulaq kəndində yerləşən, bir vaxtlar "Nəqşicahan" Holdinqin nəzdində olan Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi satılıb.
Yenimeydan.info  xəbər verir ki, mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən satın alınıb. Artıq istirahət mərkəzində Həmkarlar İttifaqları Şurası yenidənqurma işləri aparır.

Şuradan APA-ya bildirilib ki, bu işlərə ötən ayın sonlarından start verilib. Mərkəzdə olan kanat xəttinin təkmilləşdirilməsi üçün xaricdən mütəxəssislər də dəvət olunub.

"Nəqşicahan" Holdinqin istirahət və xizək mərkəzləri satılıb