21 iyul 2023
252

Bakıda həbsdə yatmış erməni general separatçı rejimə Bakı ilə dialoq təklif etdi... - “Hraparak”

Bakıda həbsdə yatmış erməni general separatçı rejimə Bakı ilə dialoq təklif etdi...
Azərbaycan Respublikası ərazisində 32-ci ildir Rusiyanın qondardığı və hazırda birbaşa "sülhməramlı" ordusuyla himayə etdiyi separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan bəyanatla çıxış edib.

Yenimeydan.info moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Qarabağda(müəllif “artsax” deyir-S.L.) ən çox işlənən söz “mübarizə”dir. Mübarizə üçün müxtəlif yanaşmalar təklif olunur. Təklif edirəm ki, şüar siyasətindən uzaqlaşaq, mübarizə imitasiyasından əl çəkib əməli sahəyə keçək.
İkinci parlament qüvvəsinin lideri kimi mən konkret olaraq aşağıdakı praktik və hüquqi addımları təklif edirəm:
-Qarşılıqlı etimad mühiti yaratmaq üçün Stepanakert(Xankəndi-S.L.)-Bakı dialoqu,

-Qarabağda sülhməramlılara beynəlxalq zəmanətli mandatı vermək üçün BMT-yə müraciət edin.

-Azərbaycanın BMT-yə üzv qəbul olunduğu şəraitdə ərazisinin yoxlanılması üçün BMT-yə müraciət edin.

=Qarabağ ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin varisi kimi Rusiya Federasiyasına müraciət edin”- S.Babayanın bəyanatında belə deyilir.

Xatırladaq ki, 1990-cı illərdə Qarabağdakı separatçı-terrorçu rejimin “baş komandanı” və ilk "müdafiə naziri" olmuş general Samvel Babayan 1994-cü ildə Bişkekdə Rusiyanın patronajlığıyla keçirilmiş danışıqlarda Azərbaycanla atəşkəs razılaşmasına imza atıb. Bundan öncə o, 1991-ci ildə sovet ordusunun Azərbaycan polisi ilə birg keçirdiyi "Həlqə" adlı pasport rejimi əməliyyatları zamanı həbs edilərək Bakıya gətirilib və 6 aydan çox həbsdə qaldıqdan sonra buraxılıb...