20 iyul 2023
191

Dövlət qurumundan "Azəri-Med"ə 24,4 milyonluq sifariş - TENDER NƏTİCƏSİ


Dövlət qurumundan "Azəri-Med"ə 24,4 milyonluq sifariş

Milli Onkologiya Mərkəzi “Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər və xüsusu tibbi sərf materiallarının satın alınması” tenderinin nəticəsini açıqlayıb.

Yenimeydan.info   FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 24 453000 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azəri Med” QSC daha öncə Bakı Sağlamlıq Mərkəzi ilə 9 791 229 manat məbləğində “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).