18 iyul 2023
179

Baş Dövlət Yol Polisi İdarəsi 1,1 milyon manatlıq tenderin nəticələrini - ELAN ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi 1,1 milyon manatlıq tenderin nəticələrini
DİN BDYP iri məbləğli tenderin nəticəsini elan edib.

Yenimeydan.info xəbər verir ki, tenderin qalibi "Viva Medical Group" MMC olub.

Qalib şirkətə 1 138 358 manat ödəniləcək.

Qeyd edək ki. tenderdə sürücü intizamlığının daha da artırılması sahəsində, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün 2023-cü ilin tələbatına uyğun olaraq, əməkdaşlar tərəfindən sürücülərin sərxoşluq vəziyyətinin aşkarlanaraq müəyyən olunması üçün (yeni nov alkotester), narkotik maddələrin yerində aşkarlanması üçün (yeni növ narkotester) və 9 (doqquz) növdə narkotik maddələri aşkarlayan cihaz üçün testerlərin satınalınması nəzərdə tutulur.