17 iyul 2023
200

KREML: TAXIL SAZİŞİ DAYANDIRILDI

  Kremldən verilən açıqlamada Qara dəniz Taxıl Dəhlizi razılaşmasının “hələlik” dayandırıldığı bildirilib.                                             Yenimeydan.info NTV-yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov bildirib: “Krım körpüsünə hücumla taxıl müqaviləsinin ləğvi arasında heç bir əlaqə yoxdur. Şərtlər yerinə yetirildikdə Rusiya razılaşmaya qayıdacaq”
Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş Rusiya-Ukrayna münaqişəsi səbəbindən blokadaya salınmış Ukrayna taxılının təhlükəsiz ixracını təmin etməklə qlobal ərzaq böhranını yüngülləşdirməyi nəzərdə tuturdu.
Sözügedən müqavilənin müddəti bir neçə dəfə uzadılıb, lakin Rusiya aylardır ki, müqavilənin uzadılması üçün lazımi şərtlərin yerinə yetirilmədiyini bildirirdi.