03 iyul 2023
145

Aİ taxıl müqaviləsini uzatmaq üçün Rusiyaya güzəştləri nəzərdən keçirir

Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, Avropa İttifaqı sanksiyaya məruz qalan Rusiyanın “Rosselxozbank”ına SWIFT beynəlxalq ödəniş mübadilə sisteminə qoşula biləcək törəmə müəssisə yaratmağa icazə verə bilər.
Bu barədə “Financial Times” da öz mənbələrinə istinadən xəbər verir.
BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı Rusiyanın təklif etdiyi plan, Rosselxozbank-a taxıl ixracı ilə bağlı ödənişləri emal etmək üçün törəmə müəssisə yaratmağa imkan verəcək.
Qəzetin yazdığına görə, bu, iyulun 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılması naminə Rusiyaya güzəşt olacaq. Mənbələrin dediyinə görə, bu ideya sazişin uzadılmasını təmin etmək üçün "ən pis hal" kimi qiymətləndirilib. Rəsmilər Rusiyanın sövdələşməni dayandırmaqla bağlı hazırkı təhdidlərinin əvvəlki danışıqlardan daha ciddi olduğunu deyirlər.
Lakin problem “Rosselxozbank”ın bütövlükdə Kremlə məxsus olması ilə mürəkkəbləşir. Onun keçmiş icra  başçısı Dmitri Patruşev hazırkı Kənd Təsərrüfatı Naziri və Ukraynaya qarşı müharibənin başlamasında mühüm rol oynamış Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur.
Xatırladaq ki, iyunun 17-də Kreml bir daha bəyan etmişdi ki, onlar Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün heç bir səbəb görmürlər.
Ukrayna hökuməti hesab edir ki, Rusiyanın iyulda taxıl sazişindən çıxmaq ehtimalı demək olar ki, 100 faizdir.