17 iyul 2023
211
İranda daha bir müəllim həbs edildi
İranda Müəllimlərin Həmkarlar İttifaqının üzvü və siyasi fəal Sara Siyahpur Apellyasiya Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, o, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 il həbs cəzası alıb. Həmçinin “siyasi partiyalara, təşkilatlara üzvlük və kiberməkanda yalan fikirlər yaymaq” ittihamı ilə 2 il müddətində ölkədən çıxışına qadağa qoyulub. //oxu.az//
Oxşar Xəbərlər: