14 iyul 2023
140
İran klinikasının bağlanma səbəbi AÇIQLANDI
Yasamal rayonunda yerləşən İran klinikasının bir neçə gündür fəaliyyətini dayandırdığı haqda məlumatlar yayılıb.
Klinikanın hansı səbəbdən bağlandığı haqda isə məlumat yoxdur.
Məsələni dəqiqləşdirmək üçün İran klinikasının USM Həkimi Lalə Sultanova ilə əlaqə yaratdıq. O, klinikanın bağlandığını təsdiqləsə də, səbəbi barədə məlumat verməyib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Behnam Məlikpur isə ümumiyyətlə sözügedən məlumatdan xəbərsiz olduqlarını bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama gəlib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyevin sözlərinə görə qeyd edilən klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb:
“Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib".
Qeyd edək ki, "İran klinikası" İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin tibb müəssisəsidir və Bakıda uzun illərdir fəaliyyət göstərir.
Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyəti ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.
Bizim.Media
Oxşar Xəbərlər:
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər aşkarlandı – TƏFƏRRÜAT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Başlı-başına qalan Bakı səhiyyəsi... - İTTİHAM VAR!