11 iyul 2023
174
Gorus istiqamətində ATIŞMA: Əsgərimiz yaralandı... - cavab tədbirləri görülür
DİA.AZ: - İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə DİA.AZ-a MN-dən məlumat verilib.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Oxşar Xəbərlər:
Ermənilər qaşınır: ATƏŞ KƏSİLMİR... - cavab tədbirləri görülüb
Sülhə gedən yolu bağlayan təxribatlar: İrəvan Azərbaycanı əməliyyatlara təhrik edir - NƏ BAŞ VERİR?
Laçındakı mövqelərimiz atəşə tutuldu – RƏSMİ
Ermənistanın təxribatı nəticəsində hərbçimiz ağır yaralandı
Prezident əfv sərəncamı imzaladı – SİYAHI