11 iyul 2023
133

AQTA buraları GÖRMÜRMÜ? - MÜRACİƏT

 



"Şikayətim" 8 km bazarı"ndandır". Bu barədə DİA.AZ-a edilən müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra davam edir: "Moruq alanda diqqətli olun! Başa düşmürəm bu AQTA (Qida təhlükəsizlik Agentliyi) bu bazara da Yaşıl Bazar kimi və başqa nazir alıcıları olan bazarlara göstərdikləri titizliyi və nəzarəti niyə göstərmirlər???

Balıq, ət piştaxtaları rəsmən xəstəlik mənbəyi ( ilin hər mövsümündə), nəzarətçilər yox, çəkidə aldadırlar. Bir sözlə, özbaşınalıq!

Moruq almışıq 4 qutu, baxırsan təmiz, iri giləmeyvədir. Pesoka qatıb qaza qoyan kimi xırda qurdlar qaynamağa başladı içərisindən, 100 lərlə! Heç kim də məsuliyyət daşımır, deyirlər alanda gözün var bax, halbuki gözlə görülən deyilmiş, internetdən araşdırdıq. Hamısı nəzarətsizliyin nəticəsidir!"

Məsələ diqqətimizdədir...