10 iyul 2023
183

UŞAQLAR ÜÇÜN GÜNƏŞ KREMLƏRİ ALARKƏN DİQQƏTLİ OLUN…

  Günəş şüalarının xeyri olsa da, xüsusilə uşaqlara zərərləri də var. Həddən artıq günəş şüalarının təsirinə məruz qalmaq yolverilməzdi. Uşaqları günəş şüalarından qorumaq üçün günəş kremlərindən istifadə etmək lazımdır. Ancaq heç də hər yaşda uşağa günəş kremi vurmaq və hər günəş kremindən istifadə etmək olmaz.                                                                                                                       Yenimeydan.info yazır ki, pediatrların sözlərinə görə, 6 aydan kiçik uşaqların açıq günəş şüaları altında qalması və günəş kremlərindən istifadəsi ümumiyyətlə tövsiyə olunmur.
6 aydan böyük uşaqlar üçün kremlərdən istifadə oluna bilər .Günəş kremləri seçərkən SPF (Sun Protection Factor) – günəş şüalarından qoruma faizinə diqqət etmək lazımdır.
Uşaqlar üçün “SPF 30” kremlər (günəş şüalarının 97%-i) daha məsləhətdir.
“SPF 15” kremlər (günəş şüalarının 93%-i) çox zəif, “SPF 50” kremlər (günəş şüalarının 98%-i) isə çox güclü hesab edilir. ərini qoruyur.
Uşaqlar üçün yüksək SPF kremlər tövsiyə olunmur.