05 iyul 2023
200
BANKLARIN YENİ FIRILDAĞI… “ÖDƏNİŞ SƏNƏDLƏRİNİZİ TULLAMAYIN” – HÜQUQŞÜNAS
Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamayın. Yaxud da bankdan sizə qarşı tələbinin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın. ASAN-Xidmətə gedib Kredit bürosundan kredit tarixçənizi də alıb yoxlayın ki, bank həqiqətən ödənişlərinizi borcunuzun bağlanmasına yönəldib.
Yenimeydan.info xəbər verir ki, bu barədə əhalini bank eksperti, hüquqşünas Əkrəm Həsənov xəbərdar edib. O bildirib ki, banklar bu qayda ilə polisə də məlumat verərək vətəndaşı qorxudur:
“Sizi hüquq-mühafizə orqanına çağırıb 10 il əvvəl filan banka borcunuz olub ödəməmisniz deyə bilərlər. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, tullamışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Sənədiniz yoxdursa ödədiyinizi təsdiq edə də bilməyəcəksiz. Bank size şərləyə bilər ki, onun hansısa işçisi ilə sövdələşmisiz, “şapka” vermisiz. Sizdən tələb edəcəklər ki, ya borcunuzu ödəyin, ya da barənizdə cinayət işi açılacaq. Oədlərinizi mümkün qədər atmayın”.

Oxşar Xəbərlər:
Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
“Expressbank” saxta reklamla insanları tora salır?