10 aprel 2023
189
İRAN MEDİASINDAN NÖVBƏTİ HƏDƏ: “BAKININ ALMALI OLDUĞU İBRƏT”
Daim Azərbaycan əleyhinə qərəzli yazılar dərc edən “Bultan News” xəbər ajansı iddia edib: “Bu gün Azərbaycan qonşu ölkə deyil, sionist rejimin bazasına çevrilib. İran Azərbaycana qarşı güzəşt siyasəti aparsa da, zaman keçdikcə İlham Əliyevin İslam Respublikası ilə bağlı siyasəti getdikcə daha kəskin xarakter alır. İranlı diplomatların ölkədən çıxarılmasından tutmuş Tehrandakı səfirliyin bağlanmasına, İran hökumətinin terrorçu elan edilməsinə, Bakıda İrana yaxınlıq ittihamı ilə kütləvi həbslər və…”.Yenimeydan/infj Bultan News-a istinadən xəbər verir ki, sayt habelə Azərbaycan Prezidentinə qarşı böhtan yağdırıb: “Bu addımlar Azərbaycanın diplomatik davranışdan uzaqlaşaraq İranla gərginlik və savaş mühitinə keçməsini göstərir. Görünür, Əliyev Azərbaycan xalqını proksi müharibənin qurbanına və sionist rejimin oyuncağına çevirmək niyyətindədir. Bəs Azərbaycanın İranın hərbi gücünə qarşı müharibə aparmaq və əzələ nümayiş etdirmək gücü var?”
Məqalədə iddia edilir ki, “İran və Azərbaycan arasında son gərginlikdə mühüm olan sionist rejimin bu gərginləşmədə oynadığı roldur. Bu gün Təl-Əvivin çox xaotik daxili vəziyyəti var ki, bu daxili böhranı beynəlxalq böhranlarla cilovlamaq və müharibəni İran sərhədlərinə qədər sürükləmək niyyətindədir. İsrail rejimi əvvəlki kimi Azərbaycan ərazisindən İranın kəşfiyyatına nəzarət etmək üçün istifadə edib. “New York Times” qəzetinin yazdığına görə, İsrail rejiminin pilotsuz təyyarələri İranın nüvə obyektlərinə casusluq etmək üçün Azərbaycan Respublikasındakı bazalardan istifadə edib”.

Oxşar Xəbərlər:
İranın daha bir İYRƏNC PLANI - NƏ BAŞ VERİR?
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma
“İRAN AZƏRBAYCANI QAN ÇANAĞINA ÇEVİRMƏK İSTƏYİR…” – PROFESSOR