07 aprel 2023
155

Çin Tayvana görə ABŞ sanksiya tətbiq etdi

 Çin hakimiyyəti “Bir Çin prinsipi”ni pozduğuna görə ABŞ-ın Hudzon İnstitutu və Reyqan Kitabxanasına qarşı sanksiyalar tətbiq edib.

Yenimeydan.info  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Həmin təşkilatlar Tayvan Prezidenti Tsay İnq-Venə ABŞ-da separatçı fəaliyyətlə məşğul olmaq üçün platforma və rahatlıq təmin ediblər. Bu, “Bir Çin prinsipi”ni, eləcə də Çin-Amerika kommünikesinin müddəalarını ciddi şəkildə pozur”, - bəyanatda bildirilib.

Sanksiyalara əsasən, Çin şirkətləri və fiziki şəxslərin bu təşkilatlarla əməliyyatlar, mübadilə, əməkdaşlıq və digər fəaliyyətlər həyata keçirə bilməzlər.