16 fevral 2023
115

İran Rusiyaya verdiyi PUA əvəzinə bunu alır

 ABŞ İranın dronlarla yanaşı, raketlərinin də Rusiyaya ötürülməsinin qarşısını almağa çalışır. İran rejimi İsraillə nə vaxtsa ola biləcək müharibə üçün çoxlu raket hazırlayıb. Bu səbəbdən ABŞ və Avropa Birliyi İrana qarşı sanksiya təzyiqini artırıb.
Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
İranın dron və raketləri göndərməklə xeyriyyəçiliklə məşğul olmadığını vurğulayan politoloq Tehran rejiminin bunun əvəzində özünə lazım olan hərbi texnika əldə etdiyini bildirib:
“Rusiya ucuz dronların və raketlərin əvəzində onlara döyüş təyyarəsi göndərir. Bunlar Tehrana çox lazımdır, İran özü istehsal edə bilmir. Ola bilər, hava hücumu müdafiə sistemləri də göndərir. Bu səbəbdən Rusiya ilə əməkdaşlıq İrana xeyir verir. Qərbin nəzərdə tutduğu sanksiyalar İrana birbaşa təsir etməyəcək, dron və raketlərin təhcizatını dayandırmayacaq. Sanksiyaların cüzi effekti ola bilər. Dron və raketlərin istehsalında İranın istifadə etdiyi müəyyən hissələrə embarqo qoyulması mümkündür. Böyük ehtimalla, İran öz istehsalı olan hissələrdən istifadə edir. Bunların istehsalına isə bir neçə il əvvəl başlayıb. Tehran da çox gözəl anlayır ki, hər an Qərbin qadağaları ilə üzləşə bilər. İran vacib hərbi sistemlərin hazırlanmasında ABŞ və Avropa Birliyindən asılı olmaq istəməz”.
Politoloq, həmçinin, İran dronlarında istifadə olunan hissələrin nadir tapılan komponent olmadığına da diqqət çəkib:
“Görünür, sanksiya altında olan İranın istehsal etdiyi dronlarda başqa ölkələrin istehalı olan komponentlər nadir hissələr deyilmiş. Onları açıq satışdan da rahat almaq olarmış. ABŞ və Avropa Birliyində istehsal edilən elektik lampaları kimi. Onlara qadağa qoymaq çətindir, hətta bu lampalar sanksiya altına düşsələr belə, onları ölkədən rahat çıxarmaq və satmaq olar. ABŞ, AB, Yaponiya istehsalı olan hissələrin İran dronlarında istifadə olunması bu baxımdan mümkündür. Amma mühüm detalları İran düşmən ölkələrdən almazdı. Rusiya istehsalı olan komponentlə