15 mart 2023
334

“TRENDYOL”U YIXMAQ İSTƏYƏN “UMİCO”DAN ŞİKAYƏTLƏR ARTIR… – FOTO

Dünyaca məşhur onlayn alış-veriş saytı olan “Trendyol”a Azərbaycanda alternativ kimi yaradılan “Umico”dan şikayətlər səngimir. Müştərilər bildirir ki,sifariş verilən məhsullar keyfiyyətsiz olur, həmçinin düzgün paketlənmir.
Yenimeydan.info-nun məlumatına görə, üzləşdiyi problemlə bağlı sosial şəbəkədə məlumat paylaşan Pərvin Muradxanov bildirib ki, xaricdən mal sifariş vermək daha məsləhətdir:
“ “Umico” dayaradılandan ilk dəfə idi mal sifariş verirdim. Grass avtoyuma məhsulu sifariş etdim. Məhsulun ağzı plomblu deyildi. Heç bilmək olmur içindəki grassdı yoxsa içi dəyişdirilib. Yaxşı, bunun ağzı narahatdırsa niyə kuryeriniz səliqəli şəkildə çatdırmır?
Camaat Çindən, Amerikadan maye məhsulu sağ salamat gətirib çıxarır, bizimkilər burdan bura bir şampunu çatdıra bilmir. Adam bilmir əsəbləşsin yoxsa gülsün. Umicoya da bir quş”.