15 fevral 2023
133

Hatayda hər iki binadan biri çöküb – Nazir

Türkiyədə baş verən zəlzələdən sonra böyük insan itkiləri ilə yanaşı, genişmiqyaslı dağıntılar əmələ gəlib.                      YeniMeydan.info “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə yeni açıqlama verib.”Hatayda (Antakya) hər 2 tikilidən biri dağılıb. Ümumilikdə 7 min nəfərdən ibarət komissiya yaradılıb və dəyən ziyanın həcmi müəyyənləşdirilir”, – deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.