11 fevral 2023
165

Türkiyədə zəlzələ ilə bağlı son durum açıqlandı

Türkiyədə zəlzələ ilə bağlı son durum açıqlandı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb. 
Yaralıların sayı isə 80 min 88 nəfər təşkil edir.
Bununla yanaşı, zəlzələdən zərər görən bölgələrdən ümumilikdə 92 697 nəfər digər bölgələrə köçürülüb. 
Bildirilir ki, fevralın 6-sı Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən dağıdıcı zəlzələlərdən sonra bu günə qədər 1891 afterşok qeydə alınıb.