11 fevral 2023
153

Yunanıstandan Türkiyəyə daha bir yardım

Yunanıstan Basketbol Liqası Türkiyə və Suriyada zəlzələdən ziyan çəkənlər üçün yardım kampaniyasına başlayır.

Yenimeydaan.info xəbər verir ki, liqanın bu həftə keçiriləcək oyunlarında səbətə atılan hər top üçün Yunanıstan Qırmızı Xaç Cəmiyyətinin hesabına 10 avro ödəniləcək.

Yığılan yardımların Suriya və Türkiyədə zəlzələdən ziyan çəkən insanlara göndəriləcəyi bildirilib.

Bundan başqa, Liqa rəhbərliyinin də ayrıca olaraq ianə bağışlayacağı da vurğulanıb.