10 fevral 2023
213

Almaniyanın azərbaycanlılara yardımı yoxa çıxdı

Tehran hökuməti Almaniyanın Xoy zəlzələsindən zərər çəkənlərə etdiyi yarım milyon avro yardımı gizlədib.
Yenimeydan.info Axar.az- a istinadən  xəbər verir ki, bu, Almaniyanın Tehrandakı səfiri Hans-Odo Motselin paylaşımından sonra üzə çıxıb.
Qeyd edək ki, Almaniyanın Tehrandakı səfirliyi BMT-nin rəhbərliyi altında Xoy zəlzələsindən zərər çəkənlər üçün 500.000 avro (25 milyard tümən) yığılması ilə bağlı paylaşım edib.
Tehran hökuməti rəsmi məlumatlarda bu barədə hər hansı bir açıqlama verməyib, yalnız Ermənistan və Rusiyanın yardım göndərdiyini iddia edib.