04 fevral 2023
199

ZƏNGƏZURA BEYNƏLXALQ SƏYYAHLAR QRUPUNUN SƏFƏRİ BAŞLAYIR…

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.Yenimeydan.info xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov məlumat paylaşıb. O bildirib ki, 30 nəfərlik heyətə 12 ölkədən nüfuzlu şəxslər qoşulacaq:
“Bura ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir”.