01 fevral 2023
241
FEVRALDAN 1 NƏFƏRİN NƏQLİYYAT XƏRCİ 6 MANAT ARTACAQ
Yanvar ayından etibarən minimum əmək haqqı 45 manat artıb. Bu gün isə həkumətin digər qərarı ilə nəqliyyatda gediş qiyməti 33,33% artırılıb. Yəni fevral ayından başlayaraq ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat (0,4 AZN/gediş x 30 gün x 2 gediş) artacaq.Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev yazıb. O bildirib ki, orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və ən azı 2 nəfərin gündəlik nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, bu halda ailənin nəqliyyat xərcinin ən azı 12 manat artdığını görmək olar:
“Yəni hökumət sizə 45 manat verib, əvəzində 12 manatını (26,7%-ni) geri alır. Gündə 4 nəqliyyatdan istifadə edən ailələrdə, o cümlədən Xırdalan və Sumqayıt əhalisində isə bu xərc 2 dəfə artacaq”.
“Yəni hökumət sizə 45 manat verib, əvəzində 12 manatını (26,7%-ni) geri alır. Gündə 4 nəqliyyatdan istifadə edən ailələrdə, o cümlədən Xırdalan və Sumqayıt əhalisində isə bu xərc 2 dəfə artacaq”.