31 yanvar 2023
247

Ukraynaya tankların tədarükü daha güclü silahların göndərilməsinə səbəb ola bilər - Pyer de Qoll

Ukraynaya tankların tədarükü daha güclü silahların göndərilməsinə səbəb ola bilər.
Mediatv.az xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.

Onun sözlərinə görə, Qərbin, xüsusən də ABŞ və Almaniyanın Ukraynanı tanklarla təchiz etmək qərarı yalnız münaqişəyə daha çox mənfi məqamlar əlavə edir və Üçüncü Dünya müharibəsi risklərini artırır:

“Təəssüf ki, bu qərar getdikcə daha güclü, daha geniş diapazonlu silahların tədarükünə səbəb olacaq. Bu, təəssüf ki, nüvə münaqişəsi riskini artıracaq”.