26 yanvar 2023
179

“Z” ORDUSU İNDİ DƏ UQLEDARA DAXİL OLDU – QANLI DÖYÜŞLƏR GEDİR…

Rus qoşunları Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub. Hazırda şəhərin kənarında ağır döyüşlər gedir.Yenimeydan.info “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu haqda tanınmamış “Donetsk Xalq Respublikası” rəhbərinin səlahiyyətlərini icra edən müşaviri bildirib. Bundan bir gün əvvəl isə Ukrayna ordusu aylarla ağır döyüşlər gedən Donetskin Soledar şəhərini tərk etmişdi.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığındakı Rusiya mövqelərinə əks-hücum etməyə cəhd etdiyi və 200 canlı qüvvə itkisi olduğu xəbər verilmişdi.