21 yanvar 2023
241

Serenayın taxdığı boyunbağının qiyməti DODAQ UÇUQLATDI - FOTO

Tanınmış aktrisaSerenay Sarıkayanın baş rolda olduğu "Şahmaran" filminin qala gecəsində taxdığı boyunbağının qiyməti məlum olub.Lent.az xəbər verir ki, aktrisanın qara, transparan əlbisəsinin üzərindən taxdığı boyunbağının dəyəri 30 milyon türk lirəsidir (təxminən 2 milyon 712 min manat). Boyunbağının qiyməti aktrisanın qaladakı geyimi qədər müzakirələrə səbəb olub.
Qeyd edək ki, iki gün öncə keçirilən qala gecəsində Serenay tərəf müqabilləri - aktyorlar Burak Deniz və Mert Ramazan Demir ilə də pozalar verib.