09 dekabr 2025
29
Stadionu alan şəxs Şeyxin Mühafizə xidmətinin rəisi olub - İLGİNC
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.
Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.
O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.
Oxşar Xəbərlər:

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
YAP-ın biznesmen namizədləri

Prezident əfv sərəncamı imzaladı – SİYAHI