09 dekabr 2025
31
Gürcüstana getmək istəyənlərə xəbərdarlıq – 1 yanvardan…
1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda qüvvəyə minəcək.Yenimeydan.info xəbər verir ki, ölkəyə giriş zamanı tibbi sığortası olmayan şəxslər sərhəddən buraxılmaya bilər.Yeni tələblə bağlı rəsmi məlumatda bildirilir ki, sığorta turistin Gürcüstanda qalacağı bütün müddəti əhatə etməlidir. Paket xəstəlik, qəza, təcili tibbi yardım, xəstəxanaya yerləşdirmə və ehtiyac yaranarsa tibbi təxliyə xərclərini qarşılamaq gücündə olmalıdır.
Qərar son aylarda ölkəyə gələn əcnəbilərin tibbi xidmətlərdən istifadəsi ilə bağlı artan xərc yükü fonunda qəbul edilib.
Gürcüstan rəsmiləri bildirirlər ki, sığorta tələbi həm turistin öz təhlükəsizliyi, həm də ölkənin səhiyyə resurslarının qorunması üçün nəzərdə tutulub.
Turizm şirkətləri artıq qayda ilə bağlı xəbərdarlıqları gücləndirib. Azərbaycan vətəndaşlarından da 2026-cı ildən etibarən sığortasız səfər planlaşdırmamaq tövsiyə olunur.
Milli.Az
Oxşar Xəbərlər:

İcbari sığortadan imtina etmək nələrə səbəb ola bilər?

Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır –Çox şübhəlidi
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI