14 avqust 2025
74

Ukrayna MDB-nin bu sazişindən də çıxdı

Ukrayna MDB-nin daha iki sazişindən çıxdı
Ukrayna hökuməti MDB dövlətlərinin imzaladığı daha bir sazişdən çıxmaq qərarına gəlib.


Yenimeydan.info: Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.
"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkədən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında Sazişdən çıxma barədə qanun layihəsi təsdiqlənib", - deyə o yazıb.
Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanıb.