23 iyul 2025
82
Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı: Təhlükəsizliyimizə təhdid olsa, müdaxilə edəcəyik
Yenimeydan.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı bildirib.
“Buradan Suriyadakı qruplara xəbərdarlıq edirəm: bu cür xaosları özünüz üçün taktiki fürsətlər bilməyin”, nazir qeyd edib.
O vurğulayıb ki, başqasının ortaya qoyduğu bir oyundan fayda olmayacağı unudulmasın:
“Aid olduğunuz torpaqların şərəfli, bərabər, güvən içində yaşayan fərdləri olmağı hədəfləyin. Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”.
Hakan Fidan bildirib ki, diplomatiya yolu ilə danışılacaq çox şey var:
“Ancaq bunun qarşısına keçib, zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib, müdaxilə edərik”.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu