22 iyul 2025
82

Tramp İranı hədələdi - “Lazım olsa...”

tramp-irani-hedeledi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə, ABŞ İranın nüvə obyektlərinə yenidən hücum etməyə hazırdır.
Yenimeydan.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“İranın xarici işlər naziri Abbas Araqçi nüvə obyektləri ilə bağlı deyib ki, dağıntılar çox ciddidir, obyektlər sıradan çıxarılıb. Əlbəttə ki, bu belədir. Mən demişdim və əgər lazım olsa, bunu yenidən edəcəyik”, - deyə Tramp qeyd edib.