14 iyul 2025
129

Ərdoğan Bakı və İrəvan arasındakı danışıqları izləyir...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan arasında telefon danışığı baş tutub.
Yenimeydan.info: Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, telefon danışığı zamanı Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını yaxından izlədiyini və Qafqazda sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcəyini bildirib.