10 iyul 2025
88
Sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA
“Əbu-Dabidə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gedən görüş sülhə doğru yolda mühüm tarixi mərhələ kimi yadda qalacaq”.Yenimeydan.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, hər şeydən öncə bu görüş Azərbaycanın sülh konsepsiyasının Ermənistan tərəfindən qəbul olunmasının əsaslarını yaradacaq, mümkün sülhlə bağlı xarici faktorları kənarda qoyacaq: “Sülhə müdaxilə etmək, bundan sonra Ermənistan və Azərbaycan üzərində təzyiq, yaxud nəzarət imkanları əldə etmək istəyən hegemon aktorları da kənarda qoyacaq. Bu da çox mühüm məsələdir. Yəni Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan mümkün sülh heç bir hegemon aktor tərəfindən manipulyasiya edilə bilməyəcək. Sülh iki tərəfin iradəsi əsasında baş tutacaq, bu da sülhü uzunmüddətli və etibarlı olması üçün əsaslar yaradacaq. Bu həm də kommunikasiyaların açılması, azərbaycanlıların tarixi torpaqlarına qayıtması və hazırda sülhə maneə olan hüquqi əsasların aradan götürülməsi deməkdir. Hüquqi əsaslar hər şeydən öncə Ermənistanın Konstitusiyasıdır və Ermənistanın sülh imzalamasına maneə olur. Nəticə etibarilə Azərbaycan ərazisinə iddia var. Digər məsələ ATƏT-in Minsk Qrupunun ləğvidir. Əbu-Dabidə nəyin razılaşdırılıb-razılaşdırılmadığını, sülhün imzalanıb-imzalanmadığını daha aydın görəcəyik”.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Şərtlər bəlli, mövqe konkret:“Sülh istəyən güllə atmaz”

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT