13 iyun 2025
68
Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub
Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb.
Yenimeydan.info xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.
Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.
Oxşar Xəbərlər:

ABŞ-İran danışıqlarının üçüncü raundu -Uzun bir yolun başlanğıcı

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR
İran böhranı dərinləşir:Sərhədimizdə baş verənlər bizə necə təsir edəcək?

ABŞ-İran danışıqları:həll, yoxsa xəyanət?

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir