12 iyun 2025
73
ABŞ: İran nüvə silahı yaratmaq üzərində fəal işləyir
ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib.
Yenimeydan.info-nun xəbərinə görə, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz", - paylaşımda qeyd olunur.
İyunun 9-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi olub. Qrossinin sözlərinə görə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub.
Oxşar Xəbərlər:

ABŞ-İran danışıqlarının üçüncü raundu -Uzun bir yolun başlanğıcı

İranın gizli planı: Üç ölkə xəbərdarlıq etdi

SSRİ-də dəhşətli atom sınağı – 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ