28 may 2025
69
5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır

Bakı Apellyasiya Məhkəməsində Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı keçən əmlak qəsbi işi üzrə araşdırmalar davam etdiriləcək. 11.45-ə təyin olunan iclasda şikayət hakim İkram Şirinovun sədrliyi ilə araşdırılacaq.
Musavat.com-un xəbərinə görə, hazırda baş nazirin müşaviri olan Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən “Premium Bank” və “Dekabank” vasitəsi ilə heç bir gəliri olmayan şəxsə 2 hissədən ibarət kredit verib.
5 milyon manatlıq kreditin ikinci hissəsi qeydiyyata belə alınmayıb. İş məhkəməyə çatanda isə banklar kredit tarixçəsini gizlədirlər.
Aydındır ki, kredit tarixçəsi onu tərtib edənləri ifşa etmək gücündədir deyə ortalığa çıxarılmır. Məhkəmələr də kredit verilməsinin tarixini araşdırmaqdan yayınırlar. “Dekabank”dan ayrılan vəsaitlər kredit reyestrində belə yoxdur!
Oxşar Xəbərlər:

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... -NARAZILIQ VAR...

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

“Premium Bank” cüzi gəliri olan vətəndaşa 2,5 mln. manat istehlak krediti verib

Prezident əfv sərəncamı imzaladı – SİYAHI