27 fevral 2025
20
Rus mahnılarının səsləndirilməsi bloklanacaq

Ukraynada milli kimliyə xələl gətirən ideyalar daşıdığı üçün rus musiqisinin səsləndirilməsi bloklanacaq.
Yenimeydasn.info xəbər verir ki, Ukraynanın Milli Televiziya və Radio Yayımları Şurasına ölkədə rus mahnılarının qarşısını almaq səlahiyyəti verilib.
Qeyd edək ki, bir müddət öncə, fevralın 17-də Ukrayna hökumətinin saytında Rusiya mahnılarının striminq platformalarında qadağan olunmasını tələb edən petisiya dərc olunub. Petisiya üç gün ərzində tələb olunan 25 min imza toplayıb. Layihə müəlliflərinin fikrincə, Rusiya musiqisi “Ukrayna kimliyinə xələl gətirən və ölkəyə mənfi münasibət formalaşdıran ideyalar və mesajlar daşıya bilər”.
Məlumata görə, Ukraynada rus mahnılarının bloklanması ilə Milli Televiziya və Radio Yayımları Şurası məşğul olacaq.

Oxşar Xəbərlər:

Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

General-mayorun qızına məxsus şirkət iş adamına 100 min manat ziyan vurub

“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”