29 noyabr 2024
29

Əfqan Sadıqov ekstradisiyası ediləcək -MƏHKƏMƏ QƏRARI

Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.


 Məlumata görə, bu gün Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.
İclasda "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.
Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.("İnterpressnews")