17 noyabr 2024
40
Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub -RƏSMİ AÇIQLAMA
17 noyabrda Rusiya Ukraynaya 120 raket və 90 dron göndərib.Yenimeydan.info : Məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski teleqramda açıqlayıb.
“Ukraynanın bütün bölgələrinə kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya Tərəfi müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.
Zelenski hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.
O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.
Vladimir Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.
“Hazırda işıqsız qalan ərazilərimiz var”, – o deyib.
Zelenski hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.

Oxşar Xəbərlər:
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir
Ermənilərin Gəncədə törətdiyi növbəti terrorun ildönümüdür
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir
3 ilə Müdafiə Nazirliyindən 3 milyon oğurlayan şahid danışdı
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...