28 oktyabr 2024
28

ƏƏSMN 232 minlik tenderi ləğv olundu

     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan Sosial Xidmətlər Agentliyinin tenderi ləğv edilib. Yenimeydan.info  xəbər verir ki, söhbət agentliyin ixtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasından gedir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, Agentlik 900 m² sahəsi olan ofisi 12 aylığına icarəyə götürmək istəyib. Bunun üçün 232.362 manat pul da yaırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti qanunun tələblərinin pozulmasını əsas tutaraq, tenderin nəticələrini ləğv edib. Buna səbəb isə tenderdə iştirakçı sayının 3-dən az olması olub.