25 oktyabr 2024
55
Media qurumları ilə görüş keçirilib – FOTOLAR
V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.
Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.
Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.
Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.
Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsinin müəyyən edilib və media qurumları iləkoordinasiya məsələləri ilə bağlı təkliflər təqdim olunub.
Oxşar Xəbərlər:
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI