20 oktyabr 2024
38

Hicran Hüseynovaya aid olduğu bildirilən Fransadakı sökülən 6 milyon avroluq villanın sənədi təqdim edildi – FOTO

       Milli Məclisin deputatı Hicran Hüseynova deyib ki, sənəd göstərəydilər, mənim adımadır. Əlbəttə, rəsmi olaraq öz adını qeyd etdirməyib, bacısının və onun həyat yoldaşının adına rəsmiləşdirib.Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
“Fransada Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində Kamranovnalara aid sökülən villanın ümumi dəyəri təxminən 6 milyon avro qiymətləndirilir. Mən isə xətaya yol verərək 5 milyon olduğunu qeyd etmişdim” – C.Həsənli qeyd edib.